Quşlara baxmaq psixikaya faydalıdır – Alimlər

  • 2024.01.24 18:23
  • 681 Baxış
Quşlara baxmaq psixikaya faydalıdır  –  Alimlər

Amerikalı alimlər quşlara baxmağın, qulaq asmağın beyinə faydalı olduğunu sübut edib.

“Medicina” xəbər verir ki, onları seyr etmək stress, depressiya və təşviş pozuntuda müalicəvi təsir edir.

O, psixikanı sakitləşdirib, həyat keyfiyyətini yaxşılaşdırır.

Kvinslend universitetinin alimləri 270 könüllü üzərində elmi araşdırma aparıblar.

İnsanlar gün ərzində bir müddət quşları izləyib. Müəyyən olunub ki, quşları izləyənlər depressiya və təşvişə daha az meyilləniblər.

Bununla belə, hansı quşları izləməyin heç bir fərqi yoxdur.

“Biz əminliklə deyirik ki, təbiətin bəzi komponentləri insanın psixikasına müsbət təsir edir.

Gələcəkdə bu metodun əlavə terapiyada istifadə olunması planlaşdırılır. Təşviş və depressiv insanlar artıq bu metodu sınaya bilər.

Fərqi yoxdur, həyətdə, meşədə, parkda 10-15 dəqiqə hər gün quşların səslərinə qulaq asıb onları izləyin.

Aygün Musayeva