Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Radiatorun üstünə 1 stəkan su qoyun, səhərə qədər rahat yatın...

  • 2025.05.20 13:29
  • 191 Baxış
Radiatorun üstünə 1  stəkan su qoyun,  səhərə qədər rahat yatın...

Evdəki quru hava xüsusilə gecələr burun tutulmasına və yuxu problemlərinə səbəb ola bilər. Bu üsulla evinizdəki rütubət səviyyəsini artıra bilərsiniz.

Medicina.az xəbər verir ki, quru havanın səbəb olduğu burun tıxanıqlığı və narahatlıq bir çox insanın ümumi şikayətinə çevrilib.

Mütəxəssislər bildirirlər ki, bu problemin əsasını evin içərisində aşağı rütubət təşkil edir.



Mütəxəssislər, ideal qapalı rütubətin 40-60% arasında olması lazım olduğuna diqqət çəkirlər.

Evdə rütubət səviyyəsini balanslaşdırmaq üçün çox praktik üsullar var. Ən çox yayılmış və asan yollardan biri radiatorun üzərinə su ilə doldurulmuş bir stəkan və ya qab qoymaqdır.

Bu yolla suyun buxarlanması havadakı rütubəti artırır və burun tıxanıqlığının qarşısını alır.

Bundan əlavə, nəmləndiricilərdən istifadə etmək, bol su içmək və evi mütəmadi olaraq havalandırmaq da daxili mühiti sağlam saxlamağa kömək edir.

Bu ehtiyat tədbirləri körpələr, yaşlılar və allergiyası olan şəxslər üçün xüsusilə vacibdir.

Aygün
Medicina.az