Ramazanda qəbizlik probleminin həlli üçün BUNLARI EDİN!

  • 2024.03.14 20:15
  • 590 Baxış
Ramazanda qəbizlik probleminin həlli üçün  BUNLARI EDİN!
Ramazan ayında oruc tutanların tez-tez qarşılaşdığı sağlamlıq problemlərindən biri də qəbizlikdir.

Medicina.az xəbər verir ki, uzun oruc müddəti və dəyişən pəhriz səbəbiylə həzm sistemi yavaşlayır və qəbizlik yaranır. Ancaq bu problemin qarşısını almaq və ya aradan qaldırmaq üçün bir neçə tədbir görmək mümkündür.

Qastroenteroloq prof. Dr. Esin Korkut iftar və imsak süfrələrində istehlak edilən məhsullara diqqət yetirilməli olduğunu bildirib:

“Ramazan ayında yediklərimiz və yemək planımız dəyişir. Gün ərzində daim ac və ciddi şəkildə susuz qalacağıq. Qastroenteroloji problemlər yaranmağa başlayacaq. Qarın ağrısı, mədə yanması, xüsusilə də reflüks və qəbizlik çox rast gəlinən problemlərdir. Mütləq imsakda oyanıb yemək yeməlisiniz. Ən əsası isə süfrənizdəki qidaları sağlamlığınızı düşünərək seçməlisiniz”.

O, daha tox hiss etdirəcək və günü rahat keçirməyə kömək edəcək zülal əsaslı qidaları tövsiyə edib.

“Bu prosesdə mütləq lif tərkibli qidaları, bütöv buğdadan hazırlanmış çörəkləri tövsiyə edirik. Qəbizlik problemini liflə həll etmək mümkündür. Bu dövrdə qəhvə və çay içməyi məsləhət görmürük. Çay və ya qəhvə yerinə mütləq suyu tövsiyə edirik. İftar çox önəmlidir. Bütün günü ac qaldıqdan sonra yeməyə yüngül şorba ilə başlamağı məsləhət görürük. Bu yolla həm su ehtiyacımızı ödəmiş oluruq, həm də toxluq siqnalı veririk. Gün ərzində mütləq tərəvəz, meyvə və qatıq istehlak edilməlidir”, - deyə qastroenteroloq qeyd edib.


Aysel