“Ramazanda yoluxma riski 4-5 dəfə arta bilər” - TƏBİB

  • 2021.04.14 19:43
  • 1532 Baxış
“Ramazanda yoluxma riski 4-5 dəfə arta bilər” -  TƏBİB
“Ramazanda yuxu və qidalanma rejiminin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu səbədən şəkər, ürək-damar problemi olan, xronik qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin oruc tutması tibbi olaraq məsləhət görülmür”.

Medicina.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. O bildirib ki, xroniki xəstəliyi olduğu halda oruc tutan şəxslərdə xəstəliklərin ağırlaşması müşahidə edilib.


“Ramazan ayında iftar süfrələrində insanların sıx toplaşması müşahidə olunacaq. Bu, yoluxma riskinin 4-5 qat artmasına səbəb ola bilər. Bu səbəbdən mümkün olduğu qədər iftarda sıx toplaşmamaq faydalıdır. Əks halda, vəziyyətə nəzarət etmək çox çətin olacaq. Bu gün yoluxma göstəriciləri yüksək tendesiya ilə davam edir.