Ramiz Mehdiyevin səhhəti pisləşib? - Rəsmi AÇIQLAMA

  • 2021.03.22 15:52
  • 2681 Baxış
Ramiz Mehdiyevin səhhəti pisləşib? -  Rəsmi AÇIQLAMA

19-20 mart tarixlərində bəzi saytlarda AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.

Medicina.az xəbər verir ki, bu açıqlama ilə AMEA-nın mətbuat xidməti çıxış edib.


Açıqlamada deyilir:

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”.