Ramiz Novruz maşınla nəvəsini vuranda stresdən xərçəng oldu

  • 2023.04.14 17:43
  • 4869 Baxış
Ramiz Novruz maşınla nəvəsini vuranda stresdən   xərçəng oldu
"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Xatırladım ki, həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, qapıdan çıxanda eşitdik ki, maşın vurdu"

"Medicina" xəbər verir ki, Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz "Səhər mərkəzi" verilişində atasının xərçəngə tutulmasının səbəbini keçirdiyi qorxudan olduğunu bildirib.

"Hamımız səs-küyə çölə çıxdıq. Gördük ki, uşağa dəyən elə atamın maşınıdır. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı.

Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Atamı belə bir halda heç vaxt görməmişdim.Ömrünün yarısı həmin gündə getdi. Dəhşət və qorxudan bədəndə dəyişiklik gedib"

Aygün Musayeva