Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Reanimasiyada olan Rəmişdən xəbər var

  • 2021.02.03 16:34
  • 1547 Baxış
Reanimasiyada olan Rəmişdən xəbər var


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Medicina.az xəbər verir ki, xalq artistinin həyat yoldaşı Güllü Hüseynova bildirib ki, səhhəti normaldır:

“Həkimlər əllərindən gələni edirlər, müalicələr davam edir, hələ reanimasiyadadır. Orqanizmin müalicəyə necə reaksiya verəcəyini gözləyirik”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, bir müddətdir səhhətində ciddi problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.