"Reanimasiyalar dolur, gücümüz tükənir" - Həkimdən XƏBƏRDARLIQ

  • 2021.09.03 10:11
  • 2041 Baxış
"Reanimasiyalar dolur, gücümüz tükənir" -  Həkimdən XƏBƏRDARLIQ
"Reanimasiya dayanmadan dolur. Xəstələr əsasən 28-70 yaş aralığındadır. Ağciyərlərin zədələnmə sahəsi isə 60-90% təşkil edir".

Medicina.az xəbər verir ki, bunu koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim Kəmalə Namazova deyib.



O, bildirib ki, süni ventilyasiya aparatı, dərman, oksigen, tibb personalı, təminat kifayət qədərdir. Lakin xəstələr gözündə qorxu, dodağı göyərmiş, tər içində, su axtaran balıq kimi ağızlarını yumub-açıb çarəsiz hava, imdad diləyir:

"Hərarəti salmaq olmur. İntubasiya edəndə belə SpO2 qalxmır. Qan-tərin içində işləyirsən, nəticə almaq mümkün deyil. Həkimlərin gücü tükənir. Yorğunluq, əsəb, stres qocaldır sanki bizi".