Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rekord istilər gəlir - Ümumdünya Meteoroloji Təşkilatı

  • 2021.05.27 16:27
  • 2591 Baxış
Rekord istilər gəlir  - Ümumdünya Meteoroloji Təşkilatı


BMT Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın beş ildə rekord isti ​​gözlənilir.


Təşkilatın xəbərinə görə, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq şansı 90 %-dir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40 % ehtimalla 1,5°C üstələyəcək.

ÜMT baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.