Rəmişin qardaşı vəfat etdi – FOTO

  • 2026.08.18 14:09
  • 127 Baxış
Rəmişin qardaşı vəfat etdi –  FOTO

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb.

O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsi qazisi olub.

Romik Hüseynov