Rusiya ilə Britaniya arasında uçuşlar dayandırılır

  • 2020.12.21 18:05
  • 1002 Baxış
Rusiya ilə Britaniya arasında uçuşlar dayandırılır

Rusiya koronavirusla bağlı vəziyyətə görə Böyük Britaniyaya uçuşları dayandırır.

Medicina.az xəbər verir ki, Rusiya hökuməti yanında Operativ Qərargah məlumat yayıb.

“Məhdudiyyət 22 dekabr 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minir və bir həftə ərzində qüvvədə olacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Böyük Britaniyada yeni koronavirusun yaranması ilə bağlı vəziyyət Operativ Qərargah tərəfindən diqqətlə öyrənilir. Onun nəticələrinə əsasən əlavə qərarlar veriləcək.

Bundan əvvəl “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Böyük Britaniyada təsbit edilən koronavirus mutasiyasının gözlənildiyini açıqlamışdı.