Rusiya peyvəndindən istifadə ediləcək - Nazirlik təsdiqlədi

  • 2021.03.12 16:26
  • 1849 Baxış
Rusiya peyvəndindən istifadə ediləcək -  Nazirlik təsdiqlədi

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən Medicina.az -a verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: "Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq".