Rusiya peyvəndlə bağlı tənqidlərə cavab verdi

  • 2020.08.12 13:56
  • 2282 Baxış
Rusiya peyvəndlə bağlı tənqidlərə cavab verdi
“Görünür, Rusiya dərmanının müəyyən rəqabət üstünlüklərini hiss edən xarici həmkarlar, fikrimizcə tamamilə əsassız olan bəzi fikirlər ifadə etməyə çalışırlar. Ancaq bu peyvənd müəyyən klinik bilgilər və məlumatlar əsasında verilən bir qərara uyğun olaraq qeydiyyatdan keçib”.

Medicina.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ölkənin COVID-19 peyvəndi əleyhinə xarici həmkarları tərəfindən səsləndirilən tənqidlərə münasibətində bildirib.

Nazir bir çox ölkələrin tədqiqat üçün müəyyən məcburedici rejimlərdən istifadə etdiyini xatırladıb. O, Rusiyada peyvəndin hazırlandığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu, eləcə də əvvəllər digər dərmanların sintezi və istehsalı üçün istifadə edildiyini bildirib.

“Xarici ölkələrdə istehsal olunan RNT peyvəndləri haqqında danışsaq, buna dair nəşrlər var - onları özünüz tapa bilərsiniz. Bu peyvəndlərin bəziləri əvvəlcədən araşdırmalar olmadan ortaya çıxsa da dərhal insanlarda istifadə edildi, belə hal bizdə tamamilə baş verməyib”,- deyə Muraşko sözlərinə əlavə edib.