Rusiya peyvəndləri "Britaniya ştammı"na qarşı effektlidir - TƏSDİQLƏNDİ

  • 2021.02.16 15:48
  • 1252 Baxış
Rusiya peyvəndləri "Britaniya ştammı"na qarşı effektlidir -  TƏSDİQLƏNDİ

"Vektor" mərkəzi Rusiya istehsalı olan peyvəndlərin koronavirusun "Britaniya ştammı"na qarşı effektiv olduğunu təsdiqləyib.

Medicina.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.

Mərkəzin mütəxəssisləri tərəfindən aparılan müqayisəli tədqiqat çərçivəsində "Sputnik V" və "EpiVacCorona" peyvəndlərinin koronavirusun "Britaniya ştammı"na qarşı təsirli olduğu müəyyənləşib.