Rusiyada üçüncü vaksinin istehsalına başlanıldı - FOTO

  • 2021.03.25 13:08
  • 1402 Baxış
Rusiyada üçüncü vaksinin istehsalına başlanıldı -  FOTO

Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.

Medicina.az xəbər verir ki, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.

Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb

Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib.