Rusiyada 3-cü vaksin qeydiyyatdan keçiriləcək

  • 2021.02.19 10:14
  • 1206 Baxış
Rusiyada 3-cü vaksin qeydiyyatdan keçiriləcək

Rusiyada koronavirusa qarşı hazırlanan “Kovivak” adlı üçüncü vaksin 20 fevralda dövlət qeydiyyatından keçiriləcək.

Medicina.az xəbər verir ki, vaksindən növbəti ayın sonundan kütləvi peyvəndləmədə istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Rusiyada “Sputnik V” və “Epivakkorona” adlı vaksinlər dövlət qeydiyyatından keçirilmişdi.

Rusiyada kütləvi vaksinasiya 18 yanvardan bəri aparılır. Bu günə qədər 1,7 milyon nəfər 2 doza, 2,2 milyon nəfər isə 1 doza vaksin vurdurub.

Vaksinasiya sayəsində gündəlik yoluxma sayı 20 mindən 3 minə qədər enib./Publika.az