Rusiyada 507 nəfər virusdan öldü

  • 25 Noy 2020 11:57
  • 321 Baxış
Rusiyada 507 nəfər virusdan öldü

Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların 2 162 503 nəfərə çatıb.

Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 538 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.