Rusiyada bir gündə 1000 nəfər koronavirusdan ÖLÜR

  • 2021.10.28 15:08
  • 1134 Baxış
Rusiyada bir gündə 1000 nəfər koronavirusdan  ÖLÜR
Rusiyada son sutka ərzində daha 40 096 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 8 392 697 nəfərə çatıb.

Son sutka ərzində 1159 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 235 057 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.