Rusiyada bir sutkada koronavirusdan - Rekord ölüm

  • 2021.07.09 14:12
  • 1225 Baxış
Rusiyada bir sutkada koronavirusdan -  Rekord ölüm
Rusiyada son sutka ərzində daha 25 766 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 733 218 nəfərə çatıb. Son sutka ərzində 726 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 141 501 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.