Koronavirusun Britaniya ştammından sonra ikinci böyük ştammı Cənubi Afrika ştammı mutasiyaya uğramaqda davam edir.
Medicina.az xəbər verir ki, Rusiyanın Vektor mərkəzinin virusoloqları bu ştammın yeni variantını tapıb ayırd ediblər.
Qeyd olunub ki, mutasiyadan başqa ştamdda iki əlavə gen bölünməsi var. ORF 1 ab və S.
Yeni variantın üzərində tədqiqat davam etdirilir, alınan nümunələr Dövlət viruslar kolleksiyasına göndərilib.
Alimlər bu virusun koronavirusdan sağalmış xəstələrin plazması ilə müalicə edilməsinin effektivliyini öyrənir. Eləcə də peyvənd olunmuş şəxslərin antitel olan qan plazması da xəstələrə kömək edə bilər.
Cənubi Afrika ştammı Britaniya ştammı ilə paralel yayılır.
Rusiyada martın 16-dan koronavirusun Afrika ştammı tapılıb.
ÜST qeyd edib ki, Cənubi Afrika ştammı da Britaniya kimi daha sürətli yayılır və yoluxuculuğu çoxdur.