Rusiyada Delta və Omikrona qarşı vaksin qeydə alındı

  • 2022.12.05 16:42
  • 1204 Baxış
Rusiyada Delta və Omikrona qarşı vaksin  qeydə alındı


Rusiyada ilk dəfə Omikron və Deltaya qarşı yerli vaksin patentləşdirilib.

Bakupost.az xəbər verir ki, Federal xidmətin rəhbəri Yuriy Zubov bu barədə məlumat verib.

Preparat Qamalei elmi mərkəzi tərəfindən hazırlanıb, sınaq müddəti ilin sonu başa çatır.

Vaksin antigenlərin yenilənmiş dəsti üzərində hazırlanıb.

Qeydə alındıqdıqdan sonra bazara çıxarılacaq.

Alimlər hazırda kovidin Çerber ştammından daha çox narahatdır.

Alim Qinsburq bildirib ki, vaksinin Çerberə qarşı nə qədər effektiv olacağını bilmir. Çünki hələ Rusiyada Çerber yoxdur.

Aygün Musayeva
BakuPost