Rusiyada “Delta”nın yeni variantı aşkarlandı

  • 2021.10.21 09:38
  • 1201 Baxış
Rusiyada “Delta”nın yeni variantı aşkarlandı
Rusiyada koronavirusun “Delta” ştammının yeni variantı olan AY.4.2 aşkarlanıb.

Medicina.az -ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Araşdırma Epidemiologiya İnstitutundan bildirilib.

Yeni varinatın geniş yayılacağı istisna edilmir.

Qeyd edək ki, Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid ölkədə “Delta”nın yeni variantının yayıldığını bildirib. Britaniya alimlərinin hesablamalarına görə, AY.4.2-nin yoluxuculuğu “Delta”dan 10-15 faiz çoxdur.
Rusiyada “Delta”nın yeni variantı aşkarlandı