Rusiyada koronavirusdan ölüm sayında REKORD

  • 2021.07.14 13:40
  • 1008 Baxış
Rusiyada koronavirusdan ölüm sayında  REKORD
Rusiyada son sutka ərzində daha 23 827 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 857 002 nəfərə çatıb.

Son sutka ərzində 786 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 145 278 nəfərə çatıb.