Rusiyada koronavirusdan sağalan xəstə təkrar yoluxdu – İlk fakt

  • 2020.05.16 16:50
  • 1853 Baxış
Rusiyada koronavirusdan sağalan xəstə təkrar yoluxdu  – İlk fakt

Buryatin əyalətində koronavirusdan sağalıb evə buraxılan qadın xəstə təkrar yoluxaraq, ikinci dəfə müalicəyə alınıb.
Bu barədə şəhər infeksion xəstəxanasının baş həkimi Tatyana Sımbelova bildirib.

Medicina.az xəbər verir ki, ilk dəfə xəstə 21 apreldə test cavabları 2 dəfə neqativ çıxandan sonra evə yazılıb.

16 gün sonra yenidən qrip, öskürək simptomları ilə müraciət edib. Yenidən test aparılıb və koronavirus aşkarlanıb.
“İndi bizim qarşımızda araşdırmalı olduğumuz bir sual dayanır: bu təkrar yoluxmadır, yoxsa infeksiyanın residivi?”

Bu Rusiyada iki dəfə koronavirusa yoluxma ilə bağlı ilk faktdır.

Hələ ki, sağalan yüzlərlə insandan heç biri təkrar simptomlarla gəlməyib.

Cənubi Koreya alimlərinə görə, təkrar koronavirusa yoluxmuş şəxs ətrafı üçün yoluxdurucu olmur.