Rusiyada kurort və otellərə giriş ancaq kovid pasportu ilə olacaq

  • 2021.06.24 17:07
  • 1490 Baxış
Rusiyada kurort və otellərə giriş ancaq kovid pasportu ilə olacaq


1 iyuldan etibarən Rusiyanın bir çox kurort zonalarında turist və yerli əhali sanatoriya, kurort və digər mehmanxanalarda yalnız mənfi çıxmış PZR testi və ya peyvənd pasportu ilə yerləşə biləcək.

Medicina.az xəbər verir ki, 1 avqustdan isə ancaq kovid immun pasportu olanlara giriş icazə veriləcək.

Bu barədə Krasnodarun qubernatoru açıqlama verib.

“Hazırda əyalətdə yoluxma getdikcə artır, ona görə yay mövsümü ilə bağlı turistlərin axınını nəzərə alıb, test və peyvənd tələbini bütün sanatoriya, kurort və uşaq düşərgələrinə şamil edəcəyik. 1 avqustdan isə hər kəsdən peyvənd sənədi tələb ediləcək”.