Rusiyada məktəblər bağlanır- Kovidə görə

  • 2021.10.12 18:54
  • 1377 Baxış
Rusiyada məktəblər bağlanır - Kovidə görə

Rusiyada epidemioloji vəziyyətlə əlaqədar yüzlərlə məktəb bağlanıb.

Medicina.az xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın 25 subyektindəki 605 məktəbdə onlayn dərs prosesi tətbiq olunub.

“Bu gün 25 subyektdə 605 məktəb, 22 subyektdə isə 117 məktəbəqədər müəssisə tamamilə bağlanıb”, - Popova bildirib.