Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada səhiyyə naziri itkin düşdü: Ova gedibmiş

  • 2021.05.09 19:24
  • 2673 Baxış
Rusiyada səhiyyə naziri itkin düşdü:  Ova gedibmiş

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

Medicina.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, indiyə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.