Rusiyada super antibiotik hazırlandı

  • 2024.04.05 17:55
  • 863 Baxış
Rusiyada super antibiotik    hazırlandı

Rusiya geniş spektrli superbakteriyalara qarşı dözümlü yeni nəsil preparatı qeydiyyatdan keçirib.


“Medicina” xəbər verir ki, Ftortiazinon adlı dərmanı Qamalei adına Mikrobiologiya institutu hazırlayıb.


Artıq Səhiyyə Nazirliyi Rusiya istehsalı olan, həb formasında yeni antibiotiki rəsmi qeydiyyatdan keçirib.


Yeni dərman bağırsaq çöpü, pnevmoniya klebsiellaları, Pseudomonas aeruginosa kimi bakteriyalara qarşı nəzərdə tutulub.


O, digər antibiotiklərə davamlılıq qazanmış superbakteriyaların virulentliyini azaldır və toksinlərin hasilini söndürür, eləcə də bakteriyaların qanda, orqanizmdə hərəkətini bloklayır və onları immunitet üçün təsirsiz hala gətirir.

Hazırda Ftortiazinon dünyada analoqu olmayan antibiotikdir.


Aygün Musayeva