Rusiyada sutkalıq yoluxmada rekord – 23 589 nəfər

  • 2021.08.05 17:10
  • 1133 Baxış
Rusiyada sutkalıq yoluxmada rekord   – 23 589 nəfər

Rusiyada ötən sutka koronavirusa yoluxmada rekord rəqəmlər qeydə alınıb.

Medicina.az xəbər verir ki, hər ötən gün yoluxanların sayı 2,35 % artır. Ötən bir gündə 23 589 nəfər koronavirusa yoluxub. 794 nəfər isə ölüb. Bu 90 gündə çox yüksək rəqəmlərdir.

Ən yüksək yoluxuculuq Moskvadadır.

Baxmayaraq ki, 6 aydır Rusiyada peyvəndləmə başlayıb, əhalinin xeyli hissəsi peyvənd olunub.

Ölkədə daha çox Delta və Britaniya ştammı var.

Rospotrebnadzor ötən həftəni kovidlə bağlı gərgin hesab edib. Anna Popova bunu virusun sürətli mutasiyasiya ilə əlaqələndirib.