Rusiyada tam ciddi qapanmalar başlayır - Koronavirus yayılır

  • 2021.06.23 18:30
  • 2050 Baxış
Rusiyada tam ciddi qapanmalar başlayır   - Koronavirus yayılır

Rusiyanın Buratiya əyalətində ciddi məhdudlaşdırıcı lokdaun elan edilib.

Əyalətdə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq 27 iyun-11 iyul tarixlərində iş günləri olmayacaq və yalnız qida sektorunun çalışmasına icazə verilir

Medicina.az xəbər verir ki, bu barədə regionun operativ qərargahdan bildirilib.

“2 həftə müddətinə 90% iş yerləri bağlanılır, kafe, restoranlar, kütləvi yerlər qapadılır, yalnız həyati əhəmiyyətli sahələr çalışacaq. 14 yaşına kimi uşaqların evdən çölə çıxması yasaqlanır.

İstirahət mərkəzlərinə, Baykal gölü kənarına giriş məhdudlaşdırılır. Bununla epidemiya zəncirini qırmaq məqsədi düşünülür”.