Rusiyada universitet qızılca xəstəliyinə görə karantinə alındı

  • 2023.04.17 17:15
  • 940 Baxış
Rusiyada universitet qızılca xəstəliyinə görə karantinə  alındı
İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti qızılca epidemiyası səbəbindən qapılarını bağladı. Karantin barədə təhsil müəssisəsinin rəsmi saytında məlumat verilir.

“Medicina” xəbər verir ki, universitetdə epidemiya əleyhinə tədbirlər aprelin 12-dən 16-dək aparılacaq və bu zaman tələbələr üçün binaya giriş bağlanacaq.


Göstərilən tarixlərdə təbələrin qızılcaya qarşı peyvənd edilməsi barədə göstəriş verilib, peyvənd şəhadətnaməsinin surəti onların təhsil müəssisəsinin internet saytındakı şəxsi kabinetinə yüklənib.

Karantin Qubkin Universitetinin Butlerov küçəsindəki yataqxanasına da təsir edib. Mənbə bildirib ki, xəstələrlə təmasda olan tələbələr ən azı iki həftə təcrid olunublar. İndi onlar həkimlər tərəfindən müayinə olunurlar.

Aygün Musayeva