Rusiyada xərçəng peyvəndi istifadəyə verilir - Pulsuz olacaq

  • 2025.09.08 09:20
  • 226 Baxış
Rusiyada xərçəng peyvəndi istifadəyə verilir -  Pulsuz olacaq

Rusiya xərçəngə qarşı vaksinin bütün xəstələrə pulsuz təqdim ediləcəyini açıqlayıb. Federal Tibbi və Bioloji Agentliyin rəhbəri vaksinin klinik sınaqlarının uğurla başa çatdığını elan edib.

Medicina.az xəbər verir ki, Federal Tibbi və Bioloji Agentliyin rəhbəri, keçmiş səhiyyə naziri Veronika Skvortsova Rusiyada hazırlanmış xərçəng peyvəndinin preklinik sınaqlarının uğurla başa çatdığını elan edib.

Veronika Skvortsova vaksinin klinik istifadəyə hazır olduğunu açıqlayıb.



O, üç illik preklinik məlumatların dərmanın təhlükəsizliyini və yüksək effektivliyini təsdiqlədiyini ifadə edərək, təkrar tətbiqlərin şiş həcmində 60-80 faiz azalma və sağ qalma müddətini artırdığını vurğulayıb.



Peyvəndin hansı xərçəng növlərində istifadə oluna biləcəyi ilə bağlı sualı cavablandıran Skvortsova deyib:

"Plan kolorektal xərçəngdən başlamaqdır”.



Qeyd edək ki, 2024-cü ilin fevralında Rusiya prezidenti Vladimir Putin ölkənin xərçəngə qarşı peyvəndlərin hazırlanmasında "çox yaxın" mərhələyə çatdığını elan edib.

İyunun əvvəlində Rusiyanın səhiyyə naziri Mixail Muraşko vaksinlərin preklinik sınaqlardan keçdiyini açıqlayıb.

Aygün
Medicina.az