Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada yeni trend: tülpan və lalələri yeyirlər

  • 2025.03.14 10:47
  • 631 Baxış
Rusiyada yeni trend:    tülpan və lalələri yeyirlər

Sosial şəbəkələrdə lalə yeyən insanların videoları trendə düşdükdən sonra həkimlər bu tendensiyanın təhlükələri barədə danışmağa başlayıb.


“Medicina” xəbər verir ki, rus qadınları 8 Martdan qalan tülpanları yeməyə başlayıb. Bu qastronomik trend mütəxəssislərinin diqqətindən yayınmadı.
Məsələni Krasnodar diyarının səhiyyə naziri Yevgeni Filippov şərh edib.


O, bütün çiçəklərin (lalə də daxil olmaqla) potensial allergen olduğunu və onların istehlakının orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq çox güclü allergik reaksiyalara səbəb ola biləcəyini vurğulayıb.

Bu gün lalələrə qida məhsulu kimi maraq kulinariya təcrübələri və yeni dadların axtarışı ilə bağlıdır.


Bəzi aşpazlar yeməkləri bəzəmək və ya salatlara əlavə etmək üçün lalə ləçəklərindən istifadə edirlər. Bununla belə, ümumi praktik həkim Tatyana Zaxarova lalənin bütün hissələrinin yemək üçün təhlükəsiz olmadığını bildirib.

“Lalələrin tərkibində insanlar üçün zəhərli ola bilən alkaloidlər və qlikozidlər var. Lalə soğanları xüsusilə təhlükəlidir, çünki ən çox miqdarda toksin ehtiva edir. Onları yemək ürəkbulanma və qusma, başgicəllənmə, qarın ağrısı və allergik reaksiyalara səbəb ola bilər" .


Aygün Musayeva