Rusiyada yeniyetmələr üzərində vaksinin sınaqları başlanıldı

  • 2021.07.05 15:19
  • 1114 Baxış
Rusiyada yeniyetmələr üzərində vaksinin sınaqları başlanıldı
Moskvada koronavirusa qarşı "Sputnik V" vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb.

Medicina.az -ın məlumatına görə, sınaqlarda 12-17 yaş arası şəxslər iştirak edəcək.

Hazırda sınaqlarda iştirak edən könüllülərin müayinəsi aparılır. Prosesdə 100-ə yaxın könüllünün iştirakı planlaşdırılır.

Sınaqlar bir il ərzində davam edəcək.