Rusiyalı valideynlər uşaqlarının vaksinasiya olunmasından İMTİNA ETDİLƏR

  • 2021.07.20 11:30
  • 1261 Baxış
Rusiyalı valideynlər uşaqlarının vaksinasiya olunmasından  İMTİNA ETDİLƏR
Rusiyalı valideynlərin yarısından çoxu (69 faiz) övladını koronavirus əleyhinə vaksinasiya etdirməkdən imtina ediblər.

Medicina.az xəbər verir ki, RBC bu barədə “SuperJob”un araşdırmasına istinadən xəbər yayıb. Respondentlərin yalnız 8 faizi uşaqlarını peyvənd etməyi planlaşdırır, 23 faizi isə qərarsızdır.

Valideynlər peyvənd haqqında məlumatın yetərsiz olduğunu əsas gətirirlər.

Tədqiqat zamanı müəyyən olunub ki, əsasən özləri peyvənd olunanlar uşaqlarına da vaksin vurulmasına hazırdırlar.

Eyni zamanda, övladlarının vaksinasiyasına atalar analara nisbətən daha çox (36 faizə 24 faiz nisbətində) razıdırlar.