Rusiyanın hansı şəhərində insanlar xoşbəxtdir?

  • 2024.02.01 18:05
  • 892 Baxış
Rusiyanın  hansı şəhərində insanlar xoşbəxtdir?


Rusiyada “rabota.ru”tədqiqat serveri ölkənin ən xoşbəxt şəhərinin sorğusunu keçirib.


“Medicina” xəbər verir ki, sorğuya görə, hər 9 rusdan biri özünü xoşbəxt hiss edir.


Daha çox Yekaterinburq və Sverdlovsk əyalətinin əhalisi özünü xoşbəxt hss edir, onlar xoşbəxtlik səviyyəsini 5 balla qiymətləndirib.

İkinci yerdə NijniNovqorod, üçüncü yerdə Tatarıstan və Samara tutub.

Hər 3 nəfərdən biri özünü 4 ballıq xoşbəxt hiss edir.

Xoşbəxtliyin orta balı 3 balla müəyyən edilib. Rəyi soruşulanların 32%-i məhz bu balı seçib.
Özünü xoşbəxt hiss edənlərin 54%-i xoşbəxtliyi ailədə gördüklərini deyir.

Eləcə də ailə, qohumlar, dostlarla ünsiyyət xoşbəxtlik hissini artırır.
Hobbi 38% insanı xoşbəxt edir.

Bununla belə, 36% başqa yerə, şəhərə köçüb, həyatını yeni səhifədən başlamaq arzusunu da bildirib.

Aygün Musayeva