Rusiyada İnsulin iynəsi tapılmır - Xəstələr təhlükədə

  • 2024.03.29 16:50
  • 524 Baxış
Rusiyada İnsulin iynəsi tapılmır  - Xəstələr təhlükədə
Bu gün Rusiyada 8 ay yarımlıq insulin aspart dərman ehtiyatları qalıb.


Medicina.az xəbər verir ki, bu barədə “Roszdravnadzor”dan məlumat verilib.

Dövlət satınalmalarının monitorinqinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Rusiyada “Fiasp” insulin aspartın dövlət alışları 95% azalıb və preparat artıq apteklərdən yoxa çıxıb.