Rusiyanın məşhur aktyoru koronavirusa yoluxdu – Peyvənd olunmuşdu

  • 2021.07.16 17:31
  • 1749 Baxış
Rusiyanın məşhur aktyoru koronavirusa yoluxdu  – Peyvənd olunmuşdu


Rusiyalı aktyor Mixail Boyarskiy koronavirus yoluxduğundan, Botkinski xəstəxanasına yerləşdirilib.

Medicina.az xəbər verir ki, aktyor artıq 8 gündür xəstədir.

71 yaşlı Boyarskiy özünü normal hiss edir. Lakin aktyorun dostları deyir ki, onun telefonuna zəng çatmır və onlar danışa bilməyiblər.

2 ay öncə Boyarskiy kovid peyvəndi olunmuşdu və bunu həyatda sağlam,rahat yaşamaq üçün vacib şərt hesab edərək, peyvəndi təbliğ edirdi.


O, teatrda rollarına davam etmək üçün peyvənd olunduğunu bildirmişdi.