Rusiyanın məşhur onkoloqu mədə xərçəngindən ölmək üzrədir– Vida məktubu yazdı

  • 2020.01.04 19:13
  • 12759 Baxış
Rusiyanın məşhur onkoloqu mədə xərçəngindən ölmək üzrədir–  Vida məktubu yazdı

Sankt Peterburqun tanınmış və güclü onkoloq cərrahlarından hesab olunan Andrey Pavlenkoya 1 il öncə mədə xərçəngi diaqnozu qoyulub. O, Piroqov adına klinikada çalışırdı.


Özü xərçəng xəstələrini əməliyyat etsə də, mədəsində şiş olduğunu gec, 3-cü mərhələdə olanda aşkarladı. Son günlərə qədər o, kimya müalicə alsa da əməliyyatlara girər və xəstələrini müalicə edirdi.

Eləcə də Andrey sosial şəbəkələrdə bloq apararaq, müalicəsi və mübarizəsi barədə məlumatlar yazırdı.

Medicina.az xəbər verir ki, o, xəstəliyin güclü çıxdığını etiraf edərək, ömrünün başa çatdığını anladığından son vida məktubunu yazıb.

Məktubunda o, xərçənglə mübarizədə ruhdan düşməməyi, təslim olmamağa çağırıb.


“Mənim sadəcə bəxtim gətirmədi, amma bəxti gətirənlər var. Son 2 ayda qəddar xəstəliyim o dərəcədə irəli getdi ki,yaşamaq üçün şans qoymadı. Amma mən digər xəstələrə demək istəyirəm ki, siz mən deyilsiz. Hər insanın müalicəsi və qisməti ayrıdır. Statistika ciddi bir məsələdir, bu xəstəlikdən sağalanlar var”.

Daha sonra həkim onu izləyənlərdən özündən sonra ailəsinə maddi dəstək istəyib və bank hesabı paylaşıb.