Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyanın xalq artisti koronavirusdan öldü

  • 2020.12.02 21:36
  • 1516 Baxış
Rusiyanın xalq artisti koronavirusdan öldü

Rusiyanın xalq artisti Boris Plotnikov 72 yaşında dünyasını dəyişib.

Bunu Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski deyib.

Məlumata görə, aktyorun ölməsinə səbəb koronavirus olub.

“Bundan öncə o, 1 həftə süni nəfəs aparatına qoşulu olub”, - rektor bildirib.

Qeyd edək ki, B.Plotnikov daha çox “İt ürəyi” (“Sobaçye serdtse”, 1988) filmindəki rolundan sonra məşhurluq qazanıb.