Rusiyanın xalq artistinin reanimasiyada ürəyi dayanıb

  • 2024.04.17 18:04
  • 429 Baxış
Rusiyanın xalq artistinin reanimasiyada    ürəyi dayanıb

Rusiya Federasiyasının xalq artisti, Moskva Pişik Teatrının banisi Yuriy Kuklaçev əməliyyatdan sonra ürəyinin dayandığını bildirib.


“Medicina” xəbər verir ki, aktyor onu yenidən həyata qaytaran cərrahdan danışıb.


“Məni əməliyyat masasında əlləri qızıl cərrah o dünyadan qaytardı və ürəyimi yenidən işə saldı. Sonra damarlarımı tutan bütün zibili təmizlədi. Ürəyimə 5 stent qoyulub, onların yerini alması üçün vaxt lazımdır. Əgər alınsa, 5 il rahat yaşamaq olar”.


Xatırladaq ki, Kuklaçevin aprelin 12-də 75 illiyinə həsr edilmiş konsertində vəziyyəti pisləşmişdi və onu xəstəxanaya aparıblar. Artistin sözlərinə görə, çıxışı zamanı o bütün emosiya və hisslərini göstərib, buna görə halı pisləşib. Həkimlər ona miokard infarktı diaqnozu qoyub”.


Aygün Musayeva