Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi əməliyyat olunacaq.
Bu barədə Publika.az-a açıqlamasında şair Rüstəm Behrudi özü məlumat verib.
O bildirib ki, hazırda səhhəti qənaətbəxş olsa da, arada kəskin ağrılarla üzləşir:
“Uzun müddətdir ki, səhhətimdə müəyyən problemlər var. Mütəmadi olaraq müalicə alıram. İndi Türkiyəyə, Ankaraya gedəcəyəm. Orada əməliyyat olunacağam. Ümid edirəm ki, əməliyyatdan sonra hər şey qaydasına düşəcək”.