Saakaşvili 45 kq arıqlayıb - Həkimlər təşvişdə

  • 2023.01.30 16:26
  • 1352 Baxış
Saakaşvili 45 kq arıqlayıb  - Həkimlər təşvişdə


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib.

Bakupost.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili bildirib.

O, M. Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını və intensiv şəkildə çəki itirdiyini qeyd edib.
Həkim Sakaşvilinin durumunun ciddi olduğunu və onda digər simptomların da yarandığını bildirib.

Lali Cavaşvilinin sözlərinə görə, M. Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb.