Saakaşvilinin vəziyyəti necədir?

  • 2023.01.25 12:13
  • 3127 Baxış
Saakaşvilinin  vəziyyəti necədir?
Ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğu bildirilən Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyəti stabildir və xəstəliyi yüngül keçirir.

Medicina.az xəbər verir ki, bu barədə Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasının kliniki direktoru Zurab Çxeidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yüksək hərarət və oynaq ağrıları olduğu üçün Saakaşvilidən PZR testi götürülüb və testin cavabı müsbət olub.


Çxeidze qeyd edib ki, yoluxmanın təsdiqlənməsindən dərhal sonra müxtəlif sahələr üzrə həkimlərdən ibarət şura çağırılıb və həkimlərin qərarına əsasən Saakaşvili müalicə aldığı palatada saxlanılıb. O, yoluxmanın mənbəyinin araşdırıldığını qeyd edib.