Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabah güclü külək əsəcək, şimşək çaxacaq... - XƏBƏRDARLIQ

  • 2021.05.17 13:09
  • 1714 Baxış
Sabah güclü külək əsəcək, şimşək çaxacaq... -  XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Xəbərdarlıq edilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.