Sabah güclü maqnit qasırğası olacaq

  • 2023.11.23 16:04
  • 970 Baxış
Sabah güclü maqnit qasırğası olacaq

Sabah Yer kürəsini kifayət qədər güclü maqnit qasırğası bürüyəcək.

"Medicina" xəbər verir ki, qasırğaya qırmızı təhlükə dərəcəsi təyin ediblər, onların hesablamalarına görə, fırtına K-indeksinin 5-ə çatacaq və bu, bir çox insanın sağlamlığının pisləşməsinə, başgicəllənməyə və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.


Günəş alovlarının yaratdığı bütün qasırğalar güc səviyyəsinə görə təsnif edilir - K-indeksi 2-dən K-indeksi 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, onun nəticələri bir o qədər güclüdür. K-indeksi 5-dən yuxarı olan bütün qasırğalar qırmızı səviyyəlidir. Onlar peyk, GPRS, mobil və ya radio rabitəsi ilə bağlı problemlər yarada bilər.