Saçı neçə dəfə şampunlamaq lazımdır? – Dermatoloq tövsiyəsi

  • 2024.04.22 12:40
  • 431 Baxış
Saçı neçə dəfə şampunlamaq lazımdır? –  Dermatoloq tövsiyəsi
Bir çox insan saçını iki dəfə şampunlayır. Bunun da səbəbi ilk yuyulmada saçdakı yağ və çirkin tam təmizləndiyinə inanmamaqdır. Hər kəs düşünür ki, ikinci dəfədə saç dərisi daha dərindən təmizlənir.

Bəs ekspertlər nə deyir?

Medicina.az xəbər verir ki, dermatoloq Melani Palm bəzilərinin şampuna digərlərindən daha çox ehtiyacı olduğunu bildirib.

Onun sözlərinə görə, saçın növü, insanın aktivlik səviyyəsi və fərdi saç baxım ehtiyacları nəzərə alınmalıdır.

O, xüsusilə qalın və qıvrım saçlıların, saçlarını bir neçə gündən bir yuyanların iki dəfə şampunlamağının daha faydalı ola biləcəyini deyib.

"Bu, saçlarını hər gün yuyanlar üçün uyğun deyil, çünki baş dərisini və saçı qurutma riski var", - o vurğulayıb.

Dermatoloq Brendan Kamp isə deyir ki, iki dəfə şampunlama ölü dərini və başdakı qoxunu atmaq üçün faydalıdır. O, əsasən də çox tərləyən və ya yağlı baş dərisinə sahib olan insanlar üçün iki dəfə şampunlamağı tövsiyə edir.


Aysel