Türkiyədə ağarmış saçlarından xilas olmaq istəyən Murat Gözdə internetdən aldığı saçları qaraladan şampuna qarşı allergik reaksiya göstərib. Gözləri şişmiş, başında yaralar yaranan Gözde şirkətdən şikayət edib.
Medicina.az xəbər verir ki, Adananın Seyhan rayonunda yaşayan 48 yaşlı Murat Gözde bərbərinin məsləhəti ilə ağ saçları üçün internet vasitəsilə saçları qaralayan şampun alıb.
Gözde məhsulu istifadə etməzdən əvvəl dirsəyində sınayıb və 48 saat ərzində heç bir reaksiya görməyib.
Lakin şampunu saçına və üzünə çəkdikdən sonra üzündə allergik reaksiya yaranıb. Gözdənin gözləri şişib, başında yaralar əmələ gəlib.
Hadisədən sonra sağlamlıq mərkəzinə gedən Gözde həkimin məsləhəti ilə sakitləşdirici kremlərdən istifadə etməyə başlayıb.
Gözde polis bölməsinə gedərək şampunu istehsal edən şirkətdən şikayət edib.
"Bərbərin tövsiyəsi ilə bu məhsulu aldım. Əvvəlcə dirsəklərimə, 48 saat sonra isə bütün saçlarıma sürtdüm. Sonra üzüm və gözlərim şişdi. Başımda yaralar yarandı.
Vəziyyətim dəhşətlidir. Gözlərimi itirəcəyimdən qorxdum. Mənə dəyən maddi və mənəvi ziyanla bağlı məhkəməyə müraciət edəcəyəm.
Şampunu internetdən 301 lirəyə aldım. Bu cür məhsulları tapmaq o qədər də asan olmamalı, satışı tənzimlənməlidir", dedi.
Aygün
Medicina.az