Şagirdlər hepatitə yoluxdu - Məktəbdə yoxlamalar başladı

  • 2019.10.28 12:29
  • 3242 Baxış
Şagirdlər hepatitə yoluxdu -  Məktəbdə yoxlamalar başladı

Ukraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.


Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki,
xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə
məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat
verilməyib.

 



Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən
dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq
tədbirlər görülüb.