Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır – Dəhşətli FAKT

  • 2019.10.25 15:05
  • 4878 Baxış
Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır –  Dəhşətli FAKT
Gigiyena vəsvəsəsi sümük rezorbsiyasına və qırıqlara səbəb ola bilər.
ABŞ-da aparılan bir araşdırmaya görə, sabundan diş pastasına, ağız təmizlənməsinə qədər bir çox antibakterial təmizləyici maddədə olan Triclosan (TCS) sümük rezorbsiyasına səbəb olur.

 

Medicina.az xəbər verir ki, 20 yaşdan yuxarı 848 qadın üzərində aparılan bir araşdırmada, sidikdə yüksək TCS aşkarlanan qadınlarda sümük möhkəmliyinin azaldığı görülüb. Daxili xəstəliklər və endokrinoloji mütəxəssisi Dr. Həsən Aydın bildirib ki, sözü gedən təsir menopauza sonrasında əvvəlkindən daha güclü olur.Onun sözlərinə görə, antiseptik xüsusiyyətləri olan bütün təmizləyici maddələr triklosan ehtiva edir
. Bu araşdırma Amerikanın Qidalanma və Sağlamlıq Tədqiqatları çərçivəsində aparılmışdır.

 

 

 

 

 

Triklosan antiseptik maddədir, sabundan diş pastasına, ağız təmizləyici mayedən ağardıcı vasitələrə qədər müxtəlif təmizləyici məhsullarda bu maddədən var.
Lakin bu vasitələrin insanlarda müxtəlif xəstəliklərə səbəb olduğu bəllidir.
Osteoporoz əhəmiyyətli bir sağlamlıq problemidir. Hazırda osteoporoz ürək xəstəliklərindən, hətta xərçəngdən daha çox yayılmışdır.

 

Sümük qırıqları, vertebral sınıqlar, bel əyriliyi, bel ağrısı, boyun qısalmasına da səbəb olur. Bunlardan omba sınığı isə ən təhlükəlisidir.
Həkimin sözlərinə görə, son illər biz hər beş omba sınığından əziyyət çəkən xəstələrdən birini itiririk.Qalanların yarısı isə normal gündəlik həyata qayıda bilmir.
Artıq osteoporoz cəmiyyətdə bu qədər ciddi bir sağlamlıq problemi olarkən, bu cür kimyəvi maddələr də əlavə riski artırır.
Həkim bildirir ki, bu maddədən nə qədər çox istifadə edirsinizsə, sümük əriməsinə bir o qədər çox məruz qalırsınız. Belə olduqda, biz tərkibində triklosan olan təmizlik vasitələrindən istifadə etməməliyik. Lakin istifadə etməyə məcbur olsanız, miqdarını azaltmağınız məsləhətdir. Əslində, triklosan ehtiva etməyən antiseptik təmizləyici maddələr də var. Lakin belə vasitələrin qiyməti bahadır. Ancaq onlara tələb artdıqca, maya dəyəri azalacaq.
Triklosan istifadəsi asan, ucuz başa gələn antiseptik maddə olduğundan , təmizləyici vasitələr hazırlayan şirkətlərin bundan imtina edəcəyi gözlənilmir.
Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır –  Dəhşətli FAKT